İkinci Qarabağ müharibəsindən zaman keçdikcə, ermənilər müharibənin nəticəsini unutmağa başlayıblar. Bunları deyəsən yenidən ağıllandırmaq lazım gələcək. Elə bilirlər ki, Paşinyanı devirəndən sonra vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər, yəqin rusiyalı emissarlar qulaqlarına nəsə pıçıldayıblar. Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Həmin açıqlamada Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişib, müharibədən sonrakı razılaşmalardan imtinanın onlara baha başa gələcəyini anlatmalıdır.