Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb. Bu mətbuat üçün yayımlanan məlumatdır. İnanmıram ki, bu mövzu Vaşinqtonu narahat edir. ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimal Mirzoyana Rusiya ilə bağlı suallar ünvünlayıblar: “Moskva sizdən nə istəyir?”, “Kreml sizi nə ilə hədələyir?” və s. Mirzoyan 4 gün Vaşinqtona olacaq və bu sualları müxtəlif görüşlərdə eşidəcək. Böyük ehtimalla Ermənistan XİN rəhbəri okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağırılacaq.