Problemlə bağlı “Bankoff” özü də müştərilərinə məlumat verib. Bir neçə gün öncə Azərbaycandan olan bu startapın sanksiyadan yayınmaq üçün rusiyalılara kömək etdiyi haqqında yazmışdım.
“Bankoff” 2020-ci ildə fəaliyyətə başlayıb. İnternet üzərindən virtual kartlar təqdim edən bir servisdir. Komandasını bacarıqlı gənclər olaraq tanıyıram.
Rusiyaya sanksiyalar tətbiq ediləndə birdən-birə bu servisin müştərilərinin sayının 10 dəfə artdığı bildirilirdi.
Qlobal yazışmaları izləyəndə proqnozlaşdırmaq olurdu ki, “Bankoff” bu qaydada, kütləvi olaraq ruslara kartlar verməkdə davam edərsə problem olacaq.
Güman etmək olar ki, rusiyalıların kütləvi şəkildə “Bankoff”dan kart almasını maraqlı tərəflər müşahidə ediblər və “Visa” və “Stripe” təsir edərək startapa qarşı sanksiya tətbiq etdiriblər.
Eyni zamanda ona da təəssüf edirəm ki, ekosistemdən olan bəzi dostlarımız da qlobal trendləri zamanında dəyərləndirə bilmədilər və gözəl ideyası olan gəns startapçılarımıza da düzgün istiqamət götürməyə yetərincə səy göstərmədilər.