Vaxt.Az

Milli şəffaflıq


 

Yaxud “sovet şotkası” ilə aparılan tutuşdurmalar

Milli şəffaflıq Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da bəyan edib ki, SOCAR-ın şəffaflaşması vəzifə kimi onun rəhbərliyi qarşısında qoyulub. Yaxşı, bəs energetika sahəsi üzrə belə bir təşəbbüs olacaqmı? Axı bizim energetikamızın əsas yanacağı (İ rübdə 95 faizi) ənənəvi enerjidən qaynaqlanıb. O cümlədən dəniz və dəmir yolu nəqliyyatının şəffaflığı!

Kimsə haradasa, 100 faiz dövlətə məxsus bu qurumların nə zamansa neft və neft məhsullarının ixracı, idxalı və tranzitinə dair quruca da olsa statistik məlumata rast gəlibmi? 

Neft və qaz Azərbaycan iqtisadiyyatının əsas qazanc mənbəyidir - məqsəd onu cəmiyyət üçün şəffaf etməkdir. Ala-yarımçıq şəffaflıqla ənənəvi enerjidən yaşıl enerjiyə keçid bilirsinizmi nəyə bənzəyir?

Təsəvvür edin Baş Mühasib oturub saniyədə 1 milyard məntiqi əməliyyat keçirməyə qadir olan kompüter arxasında, bundan əlavə planşeti və korporativ smartfonu da var. Monitorda aparılan bütün prosesləri nəzarət etmək imkanı olsa da, ona yuxarıdan zəng gələndə o saat bloknotunu açıb başlayır qələmlə yazdıqları məlumatları vərəqləməyə və hərdən də stolun klaviatura hissəsi üçün nəzərdə tutulmuş siyirtməsində saxladığı “sovet şotkası” ilə hesab edib - rəqəmlərin doğru-düzgünlüyünü isbat etməsi… 

Ona görə də əvvəlcə milli də olsa, həmin şəffaflıq standartlarını elan etməliyik ki, sonradan ona nə dərəcədə əməl edilməsini də müəyyənləşdirə bilək.

 





03.05.2022    çap et  çap et