Yazını “Twitter”də bölüşən avstriyalı sosioloq, insan haqları sahəsində mütəxəssis Cerald Nays (Gerald Knaus) məqaləyə başlıq kimi “Vor dem Bösen kapitulieren, immer & überall?” (“Şərin qarşısında hər zaman və hər məkanda təslimiyyət?”) ifadəsini yerləşdirib.
Heç bir şərhsiz məqalədən bir neçə sitatı burada yerləşdirirəm: “Fundamental pasifistlər bu günlərdə çətin anlar yaşayır. Sizin imanınız məsumluğunu itirdi. Daha dəqiq: İndi görə bilərsiniz ki, onların pasifizmi heç vaxt göründüyü qədər günahsız olmayıb. Silahsız sülh yaratma, gurultu yerinə gitara - bu cür cümlələr Rusiyanın Ukrayna dövlətini və xalqını məhv etmək üçün apardığı müharibəni nəzərə alanda çoxlarına dözülməz dərəcədə sinik görünür”.
“Ukraynada qan tökülməsi o anlama gəldi ki, psevdosülh şüarları səsləndirənlər - istər mahnı müəllifləri, istərsə də kilsə funksionerləri, sırf “sülh tərəfdarı olduqlarına görə” daha özlərini “mənəvi üstünlükdə” elan edə bilməyəcəklər”.
“Sülh dövründə sülhü təmin etmək böyük xeyirdir və belə olaraq qalır. Lakin təminatlı sülhün olmadığı yerdə prioritetlər dəyişməlidir”.
Bəs biz 2020-ci il kampaniyası zamanı bunları demirdikmi, donosçu novarçılar? Yoxsa başqa bir məsələdən bəhs edirdik, “müharibə tərəfdarı” idik? Almaniyaya şükür ki, müharibə heç gəlməyib, Ukraynada isə çox təəssüf ki, iki ay əvvəl başlayıb, amma insanlar artıq fikrini belə qəti bir şəkildə bildirir, onda demək biz idik “irticaçı”, “millətçi”, ya da “faşist”?
Azərbaycan tərəfini 30 illik işğaldan, çox-çox uzun illər tam nəticəsiz qalan danışıq cəhdlərindən sonra beynəlxalq qanunlar əsasında qəsbkara layiqli cavabını verməsi, ərazi bütövlüyünü təmin etməsi, məskənindən qovulmuş 800 min nəfərə kimi insanlarının pozulmuş ən elementar yaşamaq hüququnu bərpa etməsinə deyirdiniz “militarist ritorika”?
Maraqlıdır, indi bizim novarçılar bu adamlardan da donos yazır, yoxsa sadəcə susublar? Buyurun yazın, adamlar açıq-aşkar “militarizmi təbliğ edir”, “müharibəni qızışdırır”, görmürsünüz?