Vaxt.Az
«Gedək, sizə yaxşı bir...»
PFL prezidenti Mustafa Dənizliyə nə təklif etdi?
Xəbər verdiyimiz kimi, bu gün «Hilton» hotelində AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirildi. Futbolinfo.az xəbər verir ki, konfrans iştirakçıları arasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevlə yanaşı «Xəzər Lənkəran»ın baş məşqçisi Mustafa Dənizli də var idi.
Tədbir başa çatdıqdan sonra PFL
prezidenti və cənubluların baş məşqçisi Mustafa Dənizli arasında səmimi dialoq
baş tutdu. Belə ki, Ramin müəllim Dənizliyə «gedək, sizə yaxşı bir qonaqlıq
verim» təklifini etdi. Dənizli isə «çox işim var» deyərək, Ramin bəyə təklifi
üçün təşəkkür etdi. Həmin görüşdən fotonu sizə təqdim edirik.
07.03.2014 çap et