Vaxt.Az

“Azov” zavodu təslim etməyəcək


 

İşğalçılar Luqanskda son sutkada beş dinc sakini öldürüb

“Azov” zavodu təslim etməyəcək Azov batalyonunun komandiri Denis Prokopenko zavodu heç vaxt təslim etməyəcəyinə and içib. Onun “Telegram” kanalında dediyinə görə, Rusiya qüvvələri zavodun ərazisinə daxil olanda ağır döyüşlər gedib. Prokopenko zavodda vəziyyətin çox çətin olduğunu, Ukrayna ordusunun özünü müdafiə etdiyini vurğulayıb.

Rusiya ilə hazırda dayanmış sülh danışıqlarında Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə deyib ki, Ukrayna hakimiyyətinin zavodu müdafiə edənlərlə əlaqəsi var. Bundan öncə əlaqənin itdiyi haqda xəbərlər yayılmışdı.

Mayın 4-də Mariupoldan 344 qadın, uşaq, yaşlı sakin çıxarılıb. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bunu “daha bir kiçik qələbə” adlandırıb.

Vereşçuk əməliyyata göstərdiyi dəstəyə görə BMT işçilərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib. BMT Zaporojyedə 300-dən çox dinc sakinə humanitar yardım göstərildiyini təsdiqləyib.

***

Ukraynanın şərqindəki Luqansk vilayətində son 24 saat ərzində Rusiya qüvvələrinin açdığı atəşdən beş dinc sakin həlak olub. Bunu vilayətin qubernatoru Sergey Qayday mayın 5-də deyib.

Mayın 4-də qonşu Belarusda irimiqyaslı təlimlər başlanıb. Britaniya Müdafiə Nazirliyinin mayın 5-də yaydığı məlumata görə, Rusiya Belarusdakı təlimlərin yaratdığı “təhdidi şişirtməyə”, bununla da Belarusla sərhəddəki Ukrayna qüvvələrinin ölkənin şərqindəki cəbhə zonasına göndərilməsini önləməyə çalışacaq.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib.

 





05.05.2022    çap et  çap et