Vaxt.Az

Nazirliyin adı dəyişdi


 

Əli Abbasov isə öz postunda qaldı

Nazirliyin adı dəyişdi Prezident İlham Əliyev Əli Məmməd oğlu Abbasovun rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ə.Abbasov bundan öncə rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışırdı.

Dövlət başçısının daha bir sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalanıb.

Məlumata görə, Nazirlər Kabineti sərəncamla yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
 





07.03.2014    çap et  çap et