Azərbaycanın ABŞ-dakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen B.Şuster Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə bəyanat verib.
Konqresmen Xocalı faciəsinin qurbanlarını yad edib və bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını qeyd edib.
B.Şuster bəyanatında Azərbaycanın ABŞ-ın güclü strateji müttəfiqi olduğunu xüsusi vurğulayıb.