Nazirin paylaşdığı tvitə görə, yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 faiz səviyyəsində icra olunub. Qeyri neft-qaz sektorundan daxilolmalar isə 49,7 faiz artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 faiz yerinə yetirilib.
Mikayıl Cabbarov bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına, eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.