Vaxt.Az

«Azərbaycanın stadionu yox idi»


 

UEFA rəsmisi razı qalıb

«Azərbaycanın stadionu yox idi» UEFA-nın 1-ci vitse-prezidenti Şenes Erzik Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bugünkü konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, Erzik bunları dilə gətirib:

«Hörmətli qardaşlar! Qardaşlar deyirəm, çünki mən Türkiyədən gəlirəm və eyni dildə danışırıq. Prezidentim Mişel Platini və İcraiyyə Komitəsi üzvləri adından sizləri salamlayıram. Azərbaycanın müstəqilliyindən 22 il ötür. O zamanlar büdcəmiz az idi və federasiyalara göstərilən maddi yardımlar çox deyildi. Bu gün görülən işlər əlbəttə ki, keçmişi unutdurur. Deməli, o vaxtlar gördüyümüz işlər sağlam təməl üzərində qurulub. Bu gün gələcək üçün görüləcək işlərə görə AFFA prezidentini təbrik edirəm. Son 5 ildə böyük işlər görülüb. Uşaq futboluna ayrılan sərmayələr mütləq öz nəticəsini verəcək. Azərbaycan yığması 9 xal toplayıb. Son illərdə uğur qazanan bir komanda yaranıb. Azərbaycan futbolu bizim kimi aşağıdan başlayaraq, yuxarıya çıxmaq fəlsəfəsini bacaraq.

O vaxt AFFA üzv olmaq üçün bizə müraciət edəndə Azərbaycanın oyun keçirmək münasib stadionu yox idi. Azərbaycan ilk təsnifat mərhələsini Türkiyədə, Trabzonda oynadı. İndi isə çox şey dəyişib. Hər kəsə təşəkkür edirəm. Berti Foqtsa da gördüyü işlərdən dolayı təşəkkürümü bildirirəm».
 





07.03.2014    çap et  çap et