Vaxt.Az

“Şərəfim var”a orta barmaq ...


 

Spikerin anası etirazçıları balkondan təhqir edib?

“Şərəfim var”a orta barmaq ... Mayın 6-da sosial şəbəkələrdə balkonunun altından keçən etirazçılara tüpürən və orta barmaqlarını göstərən qadının görüntüləri yayılıb. Müxalifətin baş nazir Nikol Paşinyanın istefasını tələb edən bu yürüşünə müxalif “Şərəfim var” fraksiyasının deputatları Taron Markaryan və Tiqran Abramyan başçılıq edirdilər.

İnsident Milli Məclisin spikeri Alen Simonyanın anasının qeydiyyatda olduğu Abovyan küçəsində baş verib.

Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan əvvəlcə deyib ki, bu insident barədə heç bir şərh verilməyəcək.

Buna baxmayaraq daha sonra Milli Məclisin spikeri deyib ki, balkonun altından keçən etirazçılar onun anası Mariya Ovanisyanı təhqir ediblər və o da təhqirlərə cavab verib:

“Hə bunlar bizim binanın qarşısında olub. Bizim mənzilimizin altından keçdiklərini bilən nümayişçilər məni və ailəmi təhqir ediblər. Anamın isə əsəbləri dözməyib”.

***

Tolerantlığı təbliğ edən hakimiyyətin nümayəndəsi olan Simonyan anasına qarşı hər hansı cinayət işinin açılmalı olmadığını bildirir. Erməni spiker deyib ki, onun anasının hərəkətləri deputatlara deyil, ailəni təhqir edənlərə ünvanlanıb.

Simonyan bildirib ki, bu insidentin diqqətəlayiq olub-olmadğını hüquq-mühafizə orqanları müəyyənləşdirməlidir: “Hüquqi tərəfə gəlincə, təbii ki, cinayət tərkibi varsa... heç kim qanundan yüksəkdə deyil”.

Abovyan küçəsində bu hadisənin baş verdiyi yerdə jurnalistlər Alen Simonyanın nənəsi ilə danışıblar.

Jurnalistlər deyirlər ki, ünvanı “Avroasfalt” şirkətinin dövlət reyestrindəki qeydiyyatından tapıblar.

Bu şirkətin rəhbəri Alen Simonyanın qardaşı Karlen Simonyandır.

 





07.05.2022    çap et  çap et