Vaxt.Az

Beş kənd geri qaytarılıb


 

Ukrayna Silahlı Qüvvələri Xarkovda əks-hücuma keçib

Beş kənd geri qaytarılıb Ukrayna Silahlı Qüvvələri (USA) Baş Qərargahı xəbər verir ki, qoşunlar Xarkov vilayətindəki 5 yaşayış məntəqəsinə nəzarəti ələ alıb.

Söhbət Aleksandrovka, Fyodorovka, Ukrainka, Şestakovo, Pobeda kəndlərindən və Çerkasskiye Tişki kəndinin bir hissəsindən gedir.

Baş Qərargahdan bu da xəbər verilir ki, Rusiya qüvvələri Novaya Dmitrovka qəsəbəsi istiqamətində hücuma cəhd etsə də, uğur qazana bilməyib.

Hazırda Luqansk vilayətində Şandriqolovo, Rubejnoye və Voyevodovka kəndləri uğrunda döyüşlər gedir.

Mayın 5-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı demişdi ki, Ukrayna qoşunları Xarkov vilayətində əks-hücuma keçib.

Rusiya Müdafiə Nazirliyi Xarkov ətrafında son vəziyyət barədə məlumat verməyib.

Döyüşlərin getdiyi bir şəraitdə informasiyaların yerində yoxlanması çətindir.

 





07.05.2022    çap et  çap et