O habelə bildirib ki, Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb: “Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”.
Dünən, mayın 8-də bıçaqla hücuma məruz qalan jurnalist Aytən Məmmədova mayın 9-da səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, idarədə rəis müavininin qəbulunda olub: “Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir”.
A.Məmmədova deyib ki, səhər saatlarında ekspertizaya getməli olsa da, BŞBPİ-dən dəvət əsasında əvvəlcə həmin idarədə olub.