Bu məqsədlər üçün prezident Bayden Konqresdən 33 milyard dollar istəsə də, qanunvericilər hərbi yardım və humanitar məsələlər üçün ayrılıqda daha 3,4 milyard dollar ayırmaqla maksimum məbləği 40 milyard dollaradək artırıb. Beləliklə də Ukraynaya ayrılacaq 40 milyard dollaradək vəsait belə bölüşdürülür:
– 23,8 milyard dollar hərbi yardım;
– 8,5 milyard dollar iqtisadi yardım;
– 6,4 milyard dollar humanitar problemlərin və qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli üçün yardım;
– yerdə qalan vəsait sair xərclər.
Bu vəsait ABŞ-ın hazırkı büdcə ili üçündür və sentyabrın 30-dək xərclənməlidir.
Son 3 ayda ABŞ-dan Ukraynaya birbaşa yardım 15 milyard dolları ötüb. Beləliklə də bu büdcə ilində, yəni sentyabrın 30-dək (142 gün) ABŞ-ın Ukraynaya cəmi yardımları 55 milyard dollara çatacaq. Bu isə Ukraynanın ötən ilki büdcə gəlirlərinin 130 faizidir.
Nəhayət, onu da qeyd edim ki, ABŞ-dan əlavə, Avropa Birliyi və Böyük Britaniyada daxil olmaqla böyük yeddilər tərəfindən Ukraynaya birlikdə göstərilən yardım 10 milyard dollara çatır. Belə ki, Avropa Birliyi üzv dövlətlərə Ukraynadakı müharibədən qaçan insanların öz ərazilərində saxlamaq üçün 3,5 milyard avrodan çox avans ödəyib.
2021-ci il üçün Rusiyanın Federal büdcəsinin gəlirləri 256 milyard ABŞ dolları, xərcləri isə 293 milyard dollar təsdiq olunub. ABŞ-ın bu il üçün müdafiə büdcəsi isə 753.5 milyard dollardır ki, bu da bütün dünya üzrə hərbi xərclərin 37,6 faizini təşkil edir.