***
Borrel Rusiya neftinə embarqo qoyulması üzrə razılaşmanın bir neçə günə əldə olunacağına inamını bildirib. “Biz Rusiyadan neft asılılığından canımızı qurtarmalıyıq”, – Aİ-nin aparıcı rəsmisi sözlərinə əlavə edib.
Britaniyanın Xarici işlər naziri Liz Trass Ukraynaya daha çox silah göndərməyə çağırıb.
“Hazırda Ukraynaya daha çox silah göndərməklə, sanksiyaları gücləndirməklə Rusiya Prezidenti Vladimir Putinə təzyiqi saxlamağımız çox vacibdir”, – Trass görüş çərçivəsində söyləyib.
“Bu böhranda azadlıq və demokratiyanın qorunmasında G7-nin vəhdəti çox vacibdir və biz bu yöndə işimizi davam etdirəcəyik”, – Trass vurğulayıb.
***
Bu arada Ukrayna qüvvələrinin Rusiya hərbçilərinə bəzi yerlərdə zərbələr endirməsi haqda xəbərlər gəlir. Britaniya Müdafiə Nazirliyi mayın 13-də gündəlik bülletenində qeyd edir ki, Donbasda Rusiya qüvvələrinin çayı keçməsinin qarşısı alınıb.
Severodonetsk şəhərindən qərbdə yerləşən Şimali Donetsk çayını keçməyə çalışan Rusiya qüvvələrinin zirehli texnikasının vurulduğu bildirilir. Həmin görüntülərin əks olunduğu deyilən fotolar dərc olunub.
Məlumatda qeyd olunur ki, Rusiya komandirləri öz başçılarının artan təzyiqi altındadır, döyüş zonasında getdikcə riskli strategiyalara əl atırlar.