Vaxt.Az

“Gazprom”un ixracatında azalma


 

Kiyev Rusiyanın qaz kəmərlərindən birini kəsib

“Gazprom”un ixracatında azalma Ukraynada mübarizə çərşənbə günü döyüş meydanından uzaqda aparılıb. Belə ki, Kiyev Rusiyanın Avropadakı evlər və sənayeləri təchiz edən təbii qaz boru kəmərlərindən birini kəsib. Eyni zamanda Moskvanın Ukraynanın şərqində təyin etdiyi rəsmi deyib ki, Rusiya qüvvələri Xersonun nəzarətini ələ keçirəndən sonra Kreml şəhəri ilhaq etməlidir.

Ukraynanın təbii qaz boru kəmərinin operatoru Rusiyanın Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların nəzarət etdiyi qovşaqdan təbii qazın nəqlini düşmən qüvvələrinin müdaxiləsi, o cümlədən qazın açıq-aşkar süzülməsi səbəbindən dayandırıb.

Rusiyanın Qərbi Avropaya göndərdiyi qazın təxminən üçdə biri Ukraynadan keçir, baxmayaraq ki, bir təhlilçi deyib ki, bunun dərhal təsiri məhdud ola bilər, çünki qazın böyük bir hissəsi başqa boru kəməri vasitəsilə yönləndirilə bilər. Rusiyanın nəhəng dövlət şirkəti olan “Gazprom” bildirib ki, Avropaya Ukrayna vasitəsilə axan qaz bir gün öncə ilə müqayisədə 25 faiz azalıb.

Avropa İttifaqı Rusiyanı Ukraynaya 11 həftədir davam etdirdiyi hərbi müdaxiləyə görə cəzalandırmaq səylərinin bir hissəsi olaraq evləri istilik, sənayeləri ilə yanacaqla təmin etmək üçün Rusiya enerjisindən əhəmiyyətli dərəcə olan asılılığına son qoymağı nəzərdən keçirir.

Ancaq ittifaq 27 üzvlük blok daxilində etirazlarla üzləşib, xüsusilə də Macarıstandan. Belə ki, Macarıstan Rusiya enerji təchizatının kəsiləcəyi təqdirdə iqtisadiyyatının böyük zərbə alacağını bildirir.

 





13.05.2022    çap et  çap et