““Twitter” ilə bağlı razılıq spam/saxta hesabların həqiqətən də istifadəçilərin 5 faizdən azını təşkil etməsinə dair gözlənilən detallarla əlaqədar olaraq müvəqqəti dayandırılıb”, – deyə Mask yazdığı tvitində deyib.
Sosial media şirkətinin səhmləri market açılmazdan əvvəl 20 faiz ucuzlaşıb. Məsələ ilə əlaqədar “Twitter” şərh sorğusuna cavab verməyib.
Şirkət bu ayın əvvəlində saxta və ya spam hesabların ilin birinci rüb ərzində pul qazandıra bilən gündəlik aktiv istifadəçilərinin 5 faizdən azını təşkil etdiyini təxmin etmişdi.
Sosial media şirkəti həmçinin Mask ilə müqavilə bağlanana qədər reklamverənlərin Twitter-də pul xərcləməyə davam edib-etməyəcəyi də daxil olmaqla, bir sıra risklərlə üzləşdiyini xəbər verib.
Dünyanın ən varlı adamı və “Tesla”nın baş icraçı direktoru Mask prioritetlərindən birinin “spam botları” platformadan silmək olacağını demişdi.