Vaxt.Az

Ukrayna sazişi gələn ay imzalayacaq


 

Avropa seçkiləri gözləməyə ehtiyac görmür

Ukrayna sazişi gələn ay imzalayacaq Polşanın baş naziri Donald Tusk tezliklə Ukrayna və Avropa Birliyi arasında assosiativ Sazişin siyasi hissəsinin imzalanacağını bəyan edib.

APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, bu barədə D.Tusk Avropa Şurası və Avropa Xalq partiyasının toplantısından sonra Polşa radiosuna bildirib.

«Hamı yekdilliklə qərara gəldi ki seçkiləri gözləmədən assosiativ Saziş imzalanmalı və hazırkı hökumətin legitimliyi tanınmalıdır. Bunun mart-aprel aylarında baş tutacağını güman edirəm», - deyə Tusk bildirib.

Polşanın hökumət başçısı bu ərəfədə Kiyevə səfər edəcəyini də istisna etməyib.

Eyni zamanda, Donald Tusk Krımda keçiriləcək referendumun qanuna zidd olduğunu və Ukraynanın suverenliyini pozduğunu qeyd edib.

 





08.03.2014    çap et  çap et