Vaxt.Az
Xalq Krıma yol axtarır...
Timoşenko can hayındadır...
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko onurğa sütununun müalicəsi üçün Almaniyanın Berlin şəhərindəki «Şarite» klinikasına gedib. Musavat.com-un yerli mətbuata istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Yuliya Timoşenkonun təyyarəsi Berlinin Şenefeld hava limanına enib. Sabiq baş nazir hava limanından birbaşa klinikaya yollanıb.
Bu gün «Şarite»nin həkimlərinin mətbuat
konfransı gözlənilir. Lakin Yuliya Timoşenkonun özü brifinqdə iştirak etməyəcək.
«Şarite»nin rəhbərliyi Yuliya
Timoşenkonun səhhətini şərh etmək istəməyib. Çünki, Almaniya qanunvericiliyinə
görə, xəstənin razılığı olmadan həkimlər onlarla bağlı məlumatları açıqlaya
bilməzlər.
08.03.2014 çap et