Vaxt.Az

... Büdcəyə yenidən baxmaq


 

İnflyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək üçün ...

... Büdcəyə yenidən baxmaq Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi. O cümlədən aylıq maaş almayan aztəminatlı və ya günəmuzd çalışan insanların bu əmək haqqı artımlarından bəhrələnə bilmədilər. Belə qəbildən olan insanların həyat şəraitinə inflyasiya ciddi təsir etməkdədir.

Ona görə də bu insanların maddi təminat məsələsinə yenidən baxılmasına böyük ehtiyac var. Hazırda mövcud neft qiymətləri də büdcəyə yenidən baxmaq üçün geniş imkanlar yaradır ki, bu yolla əmək haqqı artımlarından yararlana bilməyən, amma həyat səviyyələrinə inflyasiyanın ciddi problem yaratdığı insanlara dəstək göstərilsin.

Aydın məsələdir ki, ölkə müharibədən çıxıb, quruculuq işləri, şəhid və qazi ailələrinə dəstək, dövlət investisiya layihələri, ərzaq təhlükəsizliyinin təminatı və s. məsələlərlə əlaqədar xeyli maliyyə vəsaiti xərcləyirik. Bütün bunlar həm işlərin sürətinə görə, həm də çox şaxəliliyinə görə həqiqətən alqışa layiqdir.  Amma bunlar aztəminatlı insanların inflyasiya tərəfindən əzilməsinə sakit dayanıb baxmağa əsas ola bilməz. 

Ölkənin 53 milyard dollara yaxın ehtiyat valyutası var. Yəni təhlükəsizlik yastığı güvəniləcək dərəcədədir. Neft də büdcədə 50 dollar götürülsə də ən azı 2 dəfədən artıq baha satılır. Odur ki, heç olmasa inflyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək üçün büdcəyə yenidən baxmaqda heç bir maneə yoxdur.

Dəstəyin formasına gəldikdə isə bunu ən müxtəlif forma və üsullarla reallaşdırmaq olar. 

Ümid edirəm ki, aidiyyəti subyektlər bu məsələni ən qısa zamanda gündəmə gətirəcəklər.

 





15.05.2022    çap et  çap et