Vaxt.Az

Daş qayaya rast gəldi


 

Senator Rand Polun tərsliyi özünə qaldı

Daş qayaya rast gəldi Senator Rand Polun siyasi demarşı (40 milyard dolların Ukraynaya ayrılmasının ləngitməsi) Ağ Ev üçün gözlənilməz və xoşagəlməz hadisə idi. R.Pol çox zəif nöqtəyə zərbə vurub (iddia edirdi ki, ABŞ-ın Ukraynaya göndərilən yardımların bir hissəsi oğurlanır və ABŞ bu prosesi nəzarət etməlidir), başqa sözlərlə prosesi uzatmaq üçün ideal bəhanə tapmışdı.

Prosesin uzanmasında maraqlı deyil olmayan Ağ Ev çox maraqlı, taktiki gediş etdi. Bir neçə gün qabaq hər iki partiyada böyük nüfuza malik olan Pentaqonun yüksək vəzifəli şəxsi Konqresin bağlı iclasında təcili çıxış edib. Çıxışda general bildirib ki, 19 mayda Pentaqonun Ukraynaya hərbi yardım göndərməsi üçün vəsaiti tükənəcək.

13 mayda baş tutan çıxışdan sonra Pentaqonun mətbuat katibi Con Kirbi də eyni fikri Pentaqonun brifinqində səsləndirib və bu bəyanat qalmaqala və narahatlığa səbəb olub. Cəmiyyətdə və siyasi dairələrdə bu narahatlıq Senata lazımlı təzyiqi təmin edib. Nəticədə bu gün Senatda Respublikaçıların lideri Mitç Makkonnell bəyan edib ki, yekun səsvermə mayın 18-də olacaq (halbuki ayın sonuna planlaşdırılırdı).

P.S.: Pentaqonun yüksək nümayəndələrin bu haqda fikirləri reallığı əks etdirmir, ona görə ki, Bayden hər an əlavə hərbi yardımın ayrılması üçün fərman imzalaya bilər. Sadəcə siyasi təzyiq təşkil etmək lazım idi, bu da edildi.

 





15.05.2022    çap et  çap et