Vaxt.Az

Neft istehsalı aşağı düşüb


 

OPEC+ kvotasından az neft çıxarılıb

Neft istehsalı aşağı düşüb Azərbaycan gündəlik olaraq OPEC+ kvotasından 103 min barel az neft çıxarıb. 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 579,1 min barel təşkil edib.

Energetika Nazirliyinin yaydığı məlumata görə ki, 2022-ci ilin apreli ayı OPEC+ kvotaları çərçivəsində Azərbaycan 682 min barel neft çıxarda bilərdi. Beləliklə, Azərbaycan onun üçün nəzərdə tutulmuş kvotalardan gündəlik olaraq 102,9 min barel az neft hasil edib.

Energetika nazirliyinin məlumatına əsasən, 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı kondensatla birlikdə 693,1 min barel təşkil edib. Bunun 579,1 min barelini xam neftin, 114 min bareli isə kondensatın payına düşüb.

Nazirliyin neft hasilatı üzrə açıqladığı aylıq göstəricilərə görə, hasilat apreldə ilin əvvəlindən gündəlik olaraq 1,8 min barel azalıb. Belə ki, yanvar ayında 580.9 min barel neft çıxarılıb. 


 





16.05.2022    çap et  çap et