Vaxt.Az

Qızıl ucuzlaşmaqdadır


 

Dollar-avro qiyməti də bərabələşməyə gedir

Qızıl ucuzlaşmaqdadır İnvest.AZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Avro

Avropa Mərkəzi Bankının faiz artımı sürətinin geri qalması, avro/dollar məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, cütlüyün qiyməti alliqator xətlərinin altında qaldıqca, ucuzlaşma 1 dollara kimi davam edə bilər.


Funt-sterlinq


FED-in daha sürətli faiz artımı siyasətini funt-sterlin/dollar məzənnəsinin də təzyiq altında qalmasına səbəb olur. Funt sterlinq 1.24 dolların altında qaldıqca, 1.20 dollara kimi də dəyər itirə bilər.


Türk lirəsi


“Foreks” bazarlarında dollar indeksinin yüksəlməsi, özünü dollar/lirə məzənnəsində də göstərir və trend 15.80 TL-yə kimi davam edə bilər.


Neft


Enerji bazarlarında neftin qiymətində korreksiya müşahidə edilsə də son bahalaşma dalğası 120 dollara kimi davam edə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

Qızıl


Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan metallar bazarlarında qızılın da dəyər itirməsinə səbəb olur. Beləliklə, bir unsiya üzrə qiymət 1758 dollara (59 dollar/qram) kimi dəyər itirə bilər.

 





16.05.2022    çap et  çap et