Rusiya ABŞ-ın sanksiyalarına cavab verməyə hazırdır. ANS PRESS-in məlumatına görə, Rusiya ABŞ sanksiyalarına raketlərə nəzarət hüququndan imtina etməklə cavab verə bilər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, Rusiya tərəflər arasında 2011-ci ildə imzalanan müvafiq sənədlərə, raketlərə nəzarət məqsədi ilə yaradılan qrupların fəaliyyəti məsələsinə yenidən baxır.
«Bir halda ki, belə yoxlamalar etibarın ölçüsüdür, o zaman ABŞ tərəfindən elan edilmiş «sanksiyalar» ikitərəfli əlaqələrin qurulması üçün bir maneədir».
İdarədən ABŞ-ın hazırlanan sanksiyalarını fors-major hal adlandırıblar. Həmçinin Rusiyanın ABŞ-ın sanksiyalarına cavab kimi bir neçə müqaviləyə xitam verəcəyi də bildirilib.
çap et