Vaxt.Az

Xəzər ekoloji fəlakətlə üz-üzə


 

Dənizin sahilində ölü suiti, nərə balıqları tapılıb

Xəzər ekoloji fəlakətlə üz-üzə Qazaxıstanın qərbindəki Manqıstau vilayətinin rəsmiləri həftəsonu Xəzər dənizinin sahilində nəsli kəsilməkdə olan 64 suiti və beş böyük nərə balığı tapıldığını deyirlər.

***

Manqıstau regional balıqçılıq müfəttişliyinin mayın 16-da bildirdiyinə görə, heyvanların hamısı Şevçenko limanı yaxınlığında aşkarlanıb və tələf olma səbəbinin müəyyənləşdirilməsi üçün test olunmağa aparılıb.

Təxminən üç həftə öncə hakim orqanlar həmin ərazidə 94 ölü suitinin tapıldığını deyirdilər. O zaman açıqlanmış məlumata görə, heyvanların parçalanmış vəziyyəti onların üzərində hər hansı ekspertizanın aparılmasına imkan verməyib.

Mayın 4-də Qazaxıstanın Ekologiya naziri Serikqali Birekeşev suitilərin kütləvi tələfatına Şimal Xəzər Əməliyyat Şirkətinin fəaliyyətinin səbəb ola biləcəyi haqda iddiaları rədd edib. Bu şirkət Xəzərdə neft quyuları qazır.

***

Xəzər suitisi dünyanın ən böyük qapalı su hövzəsində yaşayan yeganə məməlidir.

Bu nəsli kəsilməkdə olan heyvanlar normadan artıq ovlanma, sənaye çirklənməsi riski ilə üzləşiblər. 20-ci əsrin əvvəlində 1 milyondan çox suiti vardısa, indi onların sayı 70 mindən də azdır.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik 2008-ci ildə suitini təhlükədə olan növ kimi tanıyıb. Suiti ötən il Rusiyadan nəsli kəsilməkdə olan növlərin Qırmızı Kitabına salınıb.

Xəzər dənizində nəhəng neft-qaz ehtiyatları var.

Hidrokarbon hasilatının yaratdığı çirklənmə və su səviyyəsinin azalması bir çox yerli növlərə təhdid yaradır, dənizin özünün gələcəyini riskə atır.

 





16.05.2022    çap et  çap et