Vaxt.Az

İrəvanda itaətsizlik


 

Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub

İrəvanda itaətsizlik Bu gün – mayın 17-də səhərdən İrəvanda müxalifət itaətsizlik aksiyalarına başlayıb, Baş nazir Nikol Paşinyanın və hökumətinin Dağlıq Qarabağ məsələsində mövqeyinə görə istefasını tələb edir.

Nümayişçilərin paytaxtın mərkəzində avtonəqliyyatın hərəkətini blokladığını, polisin buna qarşı tədbirlər gördüyünü xəbər verilir. Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub, polis küçədə hərəkəti bloklayan etirazçıları saxlamaq üçün güc tətbiq edib.

***

İtaətsizlik aksiyasının iştirakçıları Vazqen Sarqsyan və Xorenatsi küçələrinin kəsişməsində hərəkəti müəyyən müddətə dayandıra biliblər. Hadisə yerinə gələn polis əməkdaşları fəalların hamısını saxlayıb.

Saxlananlar polisin onlara saxlama səbəbini izah etmədiyini bildirir.

Polis hələlik, saxlananlar haqda informasiya açıqlamayıb.

Müxalifət ötən ayın sonundan İrəvanda küçə etirazları keçirir, Baş nazir Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana birtərəfli güzəştə getmək niyyətində ittiham edir.

Ermənistan hakimiyyəti isə ittihamları rədd edir, Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ ermənilərinin hüquqlarını, eləcə də yekun status məsələsini müdafiə edəcəyini bildirir.

Hakimiyyət müxalifətin aksiyaları və tələblərini əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini qeyd edir.

 





17.05.2022    çap et  çap et