Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk Kiyevdəki mitinqdə deyib.
Baş nazirin sözlərinə görə, müstəqillik tarixində Ukrayna ən böyük çağırışlarla üzləşib: «Onları adlaya biləcəyikmi? Bizim təsdiqi cavabımız yalnız bir olmalıdır – bəli! Biz mübarizə aparacağıq və qalib gələcəyik. Ukraynaya, bizim xalqımıza, ailələrimizə və doğmalarımıza, bizim Avropaya istiqamətli gələcəyimizə qarşı qonşu ölkə hərbi təcavüzə başlayıb. Bizim Rusiyaya cavabımız yalnız budur – yekdillik, əminlik, məqsədyönlülük və doğru yolla getdiyimizə inam... Bu, bizim torpağımızdır. Bu torpaqlar uğrunda bizim ata-babalarımız qan töküblər və biz Ukrayna torpaqlarının bir santimetrini belə güzəştə getməyəcəyik. Qoy, bunu Rusiya və onun prezidenti də bilsin».