O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
F.Hacıyev Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
F.Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.