Vaxt.Az

Belaruslu könüllülər təlim keçir


 

Ukraynanı müdafiə etmək və Lukaşenkoya qarşı mübarizə aparmaq üçün ...

Belaruslu könüllülər təlim keçir Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Belarus Rusiya qüvvələri üçün hücumları başlatma meydançasına çevrilib. İndi isə 2020-ci ildə ölkənin uzun müddətdir başçısı olan Aleksandr Lukaşenko qüvvələrinə qarşı çıxanlar Polşa ərazisində Belarus bölmələri və batalyonları qururlar.

Tənqidçilər deyir ki, Belarus Putinin Ukraynada apardığı müharibədə onun yardımçısına çevrilib. Ancaq 2020-ci ildə Aleksandr Lukaşenkoya qarşı dinc etirazlar keçirən çox sayda belaruslu Ukrayna üçün döyüşməyə qərar verib. Bir çoxları ölkələrini diktaturadan azad etmək üçün bir fürsət görür.

Polşadakı bu təlim meydançasında könüllülər ilk döyüş dərslərini alırlar. Hazırda biznes sahibi olan polşalı keçmiş polis zabiti və onun müharibə veteranı partnyoru “Pahonya” adlı yeni alaya yazılan belaruslulara təlim keçirlər. Könüllülər Polşada bir həftə təlim keçəndən sonra daha intensiv təlimlər üçün Ukraynada bir bazaya köçürülürlər.

Alay lideri hər ay 40 nəfərin könüllü olacağını və bu rəqəmin davamlı olaraq artacağını təxmin edir.

“Onlar yüksək motivasiyaları olan belaruslulardır. Onların yalnız iki məqsədi var. Biri qardaşlarına, Ukraynadakı qardaşlarımıza yardım etməkdir, çünki bizim ortaq (düşmənimiz) var”, Pahonya alayının təsisçisi Vadim Prokopiev deyir.

Könüllülər döyüş təcrübəsi əldə etmək qərarında qətiyyətlidirlər. Andrey deyir ki, onun ailəsi Belarusdadır və təhlükəsizlik səbəbilə üzünün göstərilməsini istəmir.

“Bu təkcə Ukraynanın müharibəsi deyil. Bu bütün azad dünyanın və Belarusun müharibəsidir, çünki Belarus artıq 30 ildir diktatura altındadır və bu, bizim, həqiqətən də azad olmaq istəyən Belarus xalqı üçün çox ağrılıdır və bizim Putinin məğlub olmasından sonrakı istəyimiz, arzumuz odur ki, biz ümid edirik ki, Lukaşenko rejimi də dağılacaq,” o deyir.

Belarusu uzun müddət öncə tərk edən Kirill üçün bu həm də azadlıq uğrunda mübarizədir. O, ukraynalılara hərbi avadanlıq almağa yardım etməyə başlayıb və daha sonra onun ölkəsində dəstəkləməli olduğu böyük mübarizənin olduğunu dərk edib.

“Amma sonra mən başa düşdüm ki, bizdə bəzi belaruslu hərbi könüllülərimiz var və onlar yaxşı təchiz olunmayıblar. Onar görə də biz onlara yardım etməyə başladıq. Biz onlara avadanlıq göndərməyə başladıq,” Pahonya alayından Kirill deyib.

Kiril Lukaşenkodan fərqli olaraq çox sayda belarusluların Putinin təcavüzünü dəstəkləmədiyini göstərməyə ümid edir.

“Bu, bizim Ukrayna xalqına günahkar olaraq etdiyimiz müraciətdir, çünki hələlik biz Belarus pasportuna sahibik. Biz onlar üçün düşmənik, çünki bizim ölkəmiz bu gün tiran Lukaşenko tərəfindən işğal olunub və Ukrayna şəhərləri və kəndləri Belarus ərazisindən atəşə məruz qalır. Və bu səbəbdən də biz Ukraynaya və Ukrayna xalqına Rusiyanın təcavüzünə qarşı mübarizələrində bacardığımız qədər dəstək verməliyik,” Kirill deyir.

Kirill də bir çoxları kimi iki il öncə Belarusda baş verən etirazlardan ilham alıb. Həmin zaman onların etirazları dinc idi və etirazçılar Lukaşenko qüvvələrinin qəddarlığına hazır deyildilər.

İndi isə Lukaşenkonun əleyhdarları döyüşə hazırlaşırlar.

Ötən ay sürgündə olan Belarus rəhbərliyi Pahonya alayını dəstəkləyib. Bir çoxları tərəfindən 2020-ci il Belarus prezident seçkisinin həqiqi qalibi hesab edilən qadın, Sviatlana Tixanovskaya, Twitter-də alayı “yeni peşəkar Belarus ordusu üçün baza” adlandırıb.

Alayın lideri Vadim Prokopiev bu dəstəyi Belarusu Lukaşenkodan azad etmək üçün ilk addım olaraq görür.

“Məncə bunun vaxtı gəlib çatıb: Bizim sürgündə olan siyasi rəhbərliyimiz daha sərt və daha qətiyyətli tədbirlər görməlidir. Ukraynalılar kifayət qədər potensial və kifayət qədər güc görsələr, məncə sürgündə olan hökumət tərəfindən tanınmaq çox yaxşı və güclü bir addımdır”, o deyir.

O alayının böyüdüyünü bildirir və Amerikanın Səsi öyrənib ki, bəzi təcrübəli təlimçilər, o cümlədən ABŞ ordusunun veteranları döyüşə qoşulacaq.

 





18.05.2022    çap et  çap et