«Artıq «Dnesteryanı Respublikası»nın sərhəd qoşunları Ukrayna ilə sərhəddədir. Bundan əlavə isə Dövlət Təhlükəsizlik Komistəsinin (KQB - red.) «Dnestr» adlı xüsusi təyinatlı dəstəsi artıq sərhəddə yerləşdirilib».
Ukraynanın hərbi eksperti Dmitri Timçuk isə öz «Facebook» səhifəsində Rusiyanın Dnesteryanıya 700 xüsusi təyinatlını göndərdiyini bildirib.
Qeyd edək ki, «Dnesteryanı Respublikası» Rusiya tərəfindən Moldova ərazisində yaradılmış separat rejimdir.