Vaxt.Az

Ərizələr NATO-dadır


 

İki həftə çəkəcəyi gözlənən prosesə start verib

Ərizələr NATO-dadır NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin üzvlük ərizələrini alyansa təqdim etdiyini deyir.

“Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini alqışlayıram. Biz çox yaxın tərəfdaşıq”, – Stoltenberq mayın 18-də bu iki ölkənin səfirlərindən ərizələri alandan sonra jurnalistlərə deyib.

NATO rəsmi “Twitter” hesabında bu addımı “tarixi gün” adlandırıb.

“Bu gün Finlandiya və İsveç ölkələrinin NATO üzvü olmağa marağını əks etdirən məktubları Baş katib Yens Stoltenberqə təqdim ediblər”, – alyans bildirib.

Rəsmi müraciətlər iki həftəyədək çəkəcəyi gözlənən prosesə start verib. Ancaq NATO üzvü Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin PKK-ya bağlı yaraqlıları himayə etdiyini, onların alyansa üzvlüyünə qarşı olduğunu deyib.

Türkiyənin etirazları yoluna qoyularsa, Finlandiya və İsveç bir neçə aya NATO-ya qoşula bilərlər. Adətən, bu proses 8-12 ay çəkir.

Həmin ölkələrin coğrafi baxımdan Rusiyaya yaxınlığını və Rusiyanın fevralın sonunda Ukraynaya hücuma başlamasını nəzərə alan NATO üzvlük prosesini sürətləndirmək istəyir.

 





18.05.2022    çap et  çap et