Nazirliyin sözçüsü müxbirlərə bildirib ki, həmin rəqəmə son 24 saatda təslim olan 694 qoşun daxildir.
Ukrayna rəsmiləri hələ ki, bu göstəriciləri təsdiqləməyiblər. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar ertəsi deyib ki, “Azovstal” polad zavodundakı dağıntıları 160-dan çox döyüşçü tərk edib və onlar özlərini Rusiya qüvvələrinə təslim ediblər. Bu, Rusiyanın təqdim etdiyi rəqəmlərlə üst-üstə düşür.
Rusiya əməliyyatı kütləvi təslim adlandırıb. Ukraynalılar isə əksinə qarnizonun öz missiyasını tamamladığını deyib.
“Məqsəd o idi ki, qəhrəmancasına şəhəri müdafiə edən və düşmənin birbaşa Mariupol istiqamətinə doğru irəliləməsinin qarşısını alan oğullarımız onların Mariupoldan keçməsinə imkan verməsin,” Mariupolun meri Vadim Boyçenko Amerikanın Səsinin Ukrayna xidmətinə bildirib. “Onlar ölkəni xilas etdilər, onlar Ukrayna Silahlı Qüvvələrinə hazırlanmağa və başqa şəhərlərin Ukraynada baş verən bu dəhşətli müharibəyə daha hazır olmağa imkan tanıdılar.”
Ukrayna döyüşçülərinin aqibətinin nə olacağı bəlli deyil. Rusiya rəsmisi tam-miqyaslı məhbus mübadiləsinə şübhə ilə yanaşıb.
Müharibədən öncə 430 min sakini olan Azov dənizinin şimalında yerləşən Mariupolun ələ keçirmək Moskvan üçün təqribən üç aydır Ukraynaya qarşı apardığı hücumda ən böyük uğur olacaq.
Ancaq Rusiya Ukraynanın şərqində daha çox ərazi ələ keçirməkdə çətinlik çəkir və Prezident Vladimir Zelenskinin hökumətini devirməkdə və ya paytaxt Kiyevi ələ keçirməkdə qeyri-müvəffəq olub.
Ukraynanın təxminlərinə görə, Mariupolda 20 min mülki vətəndaşın ölümünə səbəb olan Rusiyanın bombardmanı nəticəsində şəhər dağılıb. Şəhər Rusiya ilə Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasının arasında yerləşir.
Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü müxbirlərə deyib ki, Mariupolda döyüş əməliyyatlarının baş çatmasının nə anlama gələcəyini “bilmək çətindir”.
“Biz uzun müddət Mariupolun Azov dənizində böyük iqtisadi liman kimi, habelə şərqdəki döyüşlərə coğrafi baxımdan əhəmiyyətindən danışmışıq”, – Kirbi deyib.
O əlavə edib ki, Rusiyanın “Donbası və ölkənin şərq hissəsini mühasirəyə almaq və işğal etmək” niyyəti aydındır, ancaq “onlar buna nail ola bilməyiblər”.