Vaxt.Az

... Sanksiyalardan çəkinir


 

Rusiyanı strateji tərəfdaş adlandıran Pekin ...

... Sanksiyalardan çəkinir ABŞ-ın məşhur “The Washington Post” qəzetində yayımlanan məqalədə Çinin yüksək texnologiyalarının Rusiyaya ixracatının mart ayında kəskin azaldığı yazılıb. Bunu ABŞ-ın ticarət naziri Cina Raymonda da təsdiq edib. Onun sözlərinə görə, Çin şirkətləri Amerika sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyaya ixracatı azaldıblar. Çin Rusiyaya ixracatı azaltmasaydı, Amerika Çin şirkətlərini müasir texnologiyalardan və proqram təminatından məhrum edəcəkdi. Pekin bu riski proqnozlaşdıraraq yüksək texnologiyalar istehsal edən şirkətlərini Rusiya ilə ticarətdə ehtiyatlı olmağa dəvət edib.

Mart ayında Çindən Rusiyaya kompüterlərin ixracatı keçmiş aylarla müqayisədə 40 faiz azalıb. Çin istehsalı olan smarfonların Rusiyaya ixracatı təxminən 60 faiz, kommunikasiya vasitələrinin ixracatı isə 98 faizi azalıb. Çinlə yanaşı Cənubi Koreya da Rusiyaya yüksək texnologiyaların ixracatını azaldıb. Cənubi Koreyanın yüksək texnologiyalarının Rusiyaya ixracatı 60 faiz azalıb.

Beləliklə, Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Yüksək texnologiyaların Rusiyaya ixracatı dayanmaq üzrədir. Bu, yaxın aylarda Rusiya sənayesi üçün ciddi problemlər yaradacaq.

Bu arada, Ağ Evdən yayımlanan açıqlamada, Çinin Rusiyaya Ukrayna savaşında dəstək verməsinə dair fakta malik olmadığı bildirildi. ABŞ prezidentinin yeni mətbuat katibi Karin Jan Pyerin sözlərinə görə, Çinin Rusiyaya maddi dəstək verməsinə dair sübutları yoxdur. Halbuki, Vaşinqtonda daha əvvəl belə fikirlər yayılırdı ki, Rusiya Ukraynada apardığı müharibədə resursları tükəndiyi üçün Çindən silah və ərzaq yardımı istəyib. Pekin bu iddiaları təkzib etmişdi.

Çinin Rusiyaya yardım etməsinə dair faktın olmadığını dövlət katibi Entoni Blinken də söyləyib. ABŞ prezidenti Co Bayden keçmiş aylarda Pekini xəbərdar etmişdi. Bayden bildirmişdi ki, Çin Rusiyaya hərbi yardım etsə və sanksiyalardan yayınmağa çalışsa, bu Pekinə ciddi problemlər yaradacaq. Nəticədə Pekin bu xəbərdarlığı nəzərə almaq məcburiyyətində qaldı.

 





19.05.2022    çap et  çap et