Bu da xəbər verilir ki, taxıl və qarğıdalı dəninin dəmir yolu, dəniz və hava yolu ilə daşınması variantları nəzərdən keçirilir.
CNN-nin mənbəyi bildirib ki, hazırda danışıqlar gedir və bu prosesə mane olan bir sıra faktorlar var.
Ukraynadakı müharibə ilə bağlı bütün dünyada ərzaq qıtlığının gözləndiyi bildirilir.
BMT bildirib ki, iki ay müddətində Ukraynanın taxıl anbarları dolacaq və yeni məhsulun yerləşdirilməsində problem yaranacaq.
ABŞ Dövlət Departamentinin məlumatına görə müharibəyə qədər Ukrayna və Rusiyanın taxılı dünya ticarətinin 30 faizini təşkil edirdi.
Ukrayna dünyada qarğıdalı üzrə dördüncü, taxıl üzrə beşinci ixracatçı ölkə sayılırdı.
Bu da qeyd olunur ki, BMT Ərzaq Proqramı çərçivəsində ehtiyacı olan taxılın yarısını Ukraynadan alır.
Təşkilat bildirib ki, Ukraynanın Qara dəniz limanları açılmasa bütün dünyada taxıl qıtlığı ola bilər.
Bir sıra Qərb ekspertləri bildirirlər ki, Rusiya Ukrayna taxılını bloklamaqla hibrid müharibəsi aparır.