Mətbuatın nüfuzlu yazarları məhz onun «dövlət içində dövlət» quranlara qarşı mübarizə apara biləcəyini yazıblar: «İlker Başbuğun bu seçimlərdə Türkiyənin növbəti prezidenti olmaq üçün şansı daha çoxdur. Əgər, MHP və CHP doğru fikirləşib, onu namizəd kimi göstərsələr, bundan yalnız udmuş olacaqlar».
Qeyd edək ki, İlker Başbuğ Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisidir. O, uzun müddət «Ergenekon» davasının iştirakçılarından bir kimi həbsdə saxlanılmışdı.