Vaxt.Az

Xaçaturovun oğlu həbsdə qaldı


 

İqor mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur

Xaçaturovun oğlu həbsdə qaldı İrəvanda məhkəmə Ermənistan silahlı qüvvələrinin keçmiş başçısı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun həbs qərarını qüvvədə saxlayıb. O, müxalifətin bu həftəki etirazlarında polis əməkdaşına hücumda ittiham olunur.

Xaçaturov mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur.

Atası vaxtilə Rusiyanın lideri olduğu KTMT-nin baş katibi olmuş Xaçaturov isə iddianı rədd edir. Müxalifət liderləri polisi adamları etirazlardan çəkindirmək üçün nümayişçiləri “saxta, qondarma ittihamlar”la saxlamaqda suçlayır.

Ermənistanda müxalifət Baş nazir Nikol Paşinyanı Azərbaycanla danışıqlarda Dağlıq Qarabağı güzəştə getməkdə ittiham edərək, istefasını tələb edir.

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə sülh sazişinin hazırlanmasına başlamağa razılaşıb. Azərbaycan sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.

 





20.05.2022    çap et  çap et