“Qanunsuz etiraz aksiyasına qoşulan və aksiya təşkilatçılarına qarşı daha sərt qanuni tədbirlər görəcəyik”, – deyə Xətib bildirib.
O, aksiyaları “düşmən ölkə və qüvvələrin” təşkil etdiyini iddia edərək, təhlükəsizlik əmurlarının bunun qarşısını alacaqları ilə bağlı daha geniş tədbirlər görəcəyini söyləyib.
Nazir xüsusilə sosial medianın aksiyaları işıqlandırması və məlumatların yayılmasındakı rolundan narahatlığını ifadə edib.
Qeyd edək ki, mayın 6-da Xuzistan əyalətində bahalıq və ərzaq qıtlığına qarşı başlanan etiraz aksiyaların davam edir və hal-hazırda ölkənin 15 əyalətinə yayılıb.
Aksiyalarda yüzlərlə etirazçı saxlanılıb, çox sayda insan yaralanıb və bu günə kimi 6 nəfərin güllələnərək öldürüldüyü təsdiq olunub.
Sosial media fəalları və insan haqları təşkilatları öldürülənlərin sayının rəsmi açıqlamalarda göstərilənlərdən qat-qat çox olduğunu bildirirlər.