ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Moskvaya səfər edəcəklər.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün «Twitter» səhifəsində yazıb.
Həmsədr qeyd edib ki, Dağlıq Qarabağ nizamlanmasını Moskvada müzakirə edəcəklər.
Qeyd edək ki, E. Məmmədyarovun Parisdə həmsədrlərə görüşü martın 10-da keçiriləcək.
  çap et