Milli.Az ICTnews-a istinadən bildirir ki, «Samsung» artıq ikinci il ardıcıl Avropanın patent siyahısında liderdir. Ötən il şirkət Avropada 2800-dən çox patent üçün müraciət təqdim edib. Apple patent müraciətinə görə Avropada 66-cı yerdə qərarlaşıb. Xatırladaq ki, ötən il 50-ci olub.
Həmçinin qeyd edək ki, ötən il «Google» şirkəti patent müraciətlərinin həcmini sürətlə artırıb: 2013-cü ildə internet nəhəngi ABŞ-da patent üçün 2000-dən çox müraciət təqdim edib.