Agentliyini istinad etdiyi iki mənbəsinin məlumatına görə, Almaniya ölkə qaz idxalçılarına Rusiyaya qarşı sanksiyaları pozmadan rubl hesablarının açılmasının mümkün olduğunu bildirib.
Məlumatda vurğulanır ki, eyni vəziyyət İtaliyada da yaranıb və İtaliya hökuməti məsələni Avropa Komissiyası ilə müzakirə edib və Rusiya qazının qanuni yolla necə alınacağına dair aydınlıq əldə edib.
Bundan əvvəl Polşa, Finlandiya və Bolqarıstan Rusiyanın “Gazprombank”dakı rubl hesabları vasitəsilə qazın ödənilməsi tələbini yerinə yetirməkdən imtina ediblər. Bundan sonra bu ölkələrə qaz nəqli dayandırılıb.