“Red Bull”a gəldikdə isə Maks, bəlkə də, poulu əldən verdi. Komanda indiyə kimi isti olan iki trasda problem yaşayıb və yarışı bitirə bilməyib. Mayami də istidir. Sabah da mübarizəni dayandırarlar? Görəcəyik.
“Mercedes” dünən güclü görünürdü, amma bu gün yenə bacarmadılar. Hamilton bu cür çətin şəraitdə Rasseli qabaqladı və boş yerə yeddiqat DÇ olmadığını göstərdi. İmolada zəif çıxış eləmişdi, amma hər pilotun zəif yarışı ola bilər.
Günün bəxtsizi yenə Alonso idi. Sürətli dövrəsində Sayns ona mane oldu. Ümumilikdə ilk dördlük “Q2”nin sonunda niyə trasa çıxır? Onsuz da “Q3” “cibinizdədir”. Niyə trasa çıxıb trafik artırırsınız?
Daniel Rikkardoya gəldikdə isə... Məncə, artıq bitirməlidir. Ya da “McLAren”dən getməlidir. Əyləcin bəhanəsi bu qədər olmaz. Ya “F1”dən getsin ya da “McLArendən”.
Günün adamı Valtteri Bottasdır. Adam “Mercedes”ə yerini necə lazımdır göstərir. Çünki pilotun haqqı neçə illər orada boş yerə xərcləndi. Valtteri “Alfa Romeo”da öz savaşçı ruhunu yenidən qazanıb.
Qeyd: “Formula 1”in pilotların bazar günü keçirilən Qran-pridəki yerləşmə sıralanması üçün şənbə günləri günü 3 hissədən (“Q1”, “Q2” və “Q3”) ibarət kvalifikasiya yarışı keçirilir. “Q1” 18 dəqiqə çəkir. 7 dəqiqə fasilədən sonra 15 dəqiqə sürən “Q2” gəlir. 8 dəqiqəlik fasilədən sonra isə sonuncu 12 dəqiqə davam edən “Q3” hissəsi gəlir. Kvalifikasiyanın hər hissəsində ən sürətli dövrə qeydə alınır. Sürücülər bu 3 hissə ərzində istədikləri qədər dövrə vura bilərlər.