Ukrayna lideri həmçinin deyib ki, onun ölkəsi Mariupol şəhərindəki “Azovstal” polad zavodunda həftələrlə davam edən döyüşlərdən sonra Rusiya qüvvələrinə təslim olan döyüşçüləri geri qaytarmağa davam edir.
“Hər şey BMT, Qırmızı Xaş və Rusiya Federasiyasının onların təhlükəsiz olacaqlarına və mübadilə proqramını gözləyəcəklərinə dair üzərlərinə aldıqları öhdəliklərdən asılı olacaq,” o deyib. O bildirib ki, Ukraynanın kəşfiyyat xidməti “dialoq və mübadilə üçün” hazırlıqlar görür.
Rusiya təqribən üç ay öncə, fevralın 24-də Ukraynaya geniş-miqyaslı hərbi müdaxiləyə başlayıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə deyib ki, həm “Azovstal” polad zavodu, həm də şəhər “tamamilə azad olunub.”
Ukrayna Mariupolun tamamilə Rusiyanın nəzarəti altında olduğunu təsdiq etməyib.