Vaxt.Az

Başına gələn qalmayan qələbə


 

“Formula-1”in növbəti 10 ildəki əfsanəsi

Başına gələn qalmayan qələbə İspaniya Qran-Prisində Verstappenin başına gəlməyən qalmadı. Trasdan çıxıb çınqıllığa girdi, DRS (Drag Reduction System – Sürtünmə Azaldılması Sistemi) işləmədi və cüzi də olsa, pitdə gecikdirildi. Amma adam yenə qələbə qazandı. Bitirdiyi dördüncü yarışda dördüncü qələbə. Bu adam inanılmazdır. Məncə, “Formula-1”in növbəti 10 ildəki əfsanəsidir. Hətta, indidən əfsanədir.

Corc Rassell isə – dinsizin haqqından imansız gələr. Bu adama bir az güclü maşın verilsə, Ferstappenlə çox baş-başa gələr. Müdafiəsi əfsanəvi idi. Verstappenə qarşı belə cəsarətli müdafiə görməmişdim. Podiuma da sona qədər layiq idi. 

Serxio Peres isə ağlamasın. Çox zəifdir. Tempi yoxdur. Komanda yoldaşı Ferstappen olduğu üçün şanssızdır.

İndi keçək “Ferrari”yə. Yarış tempində zəif idilər. Leklerin bəxti gətirdi ki, Ferstappen çınqıllığa çıxdı. Yoxsa yenə keçərdi onu. Leklerin motorunda güc getdi. Səbəbi hələ bilinmir. Amma yeniliklər deyəsən “Ferrari”də işləmir. Sayns isə bu il ilk dəfə öz səhvindən xal itirdi. Sırf öz səhvindən. Amma Hamiltona niyə keçildi? Bəlkə də, Leklerin “out”undan sonra qorxub onun da motorunun gücünü azaltdılar. Biləcəyik. “Ferrari”də təkər yeyilməsi də çox idi.

Hamilton bu gün qeyri-adi iş gördü. Məncə, yarışın 3 adamı var. Birinci Hamilton, ikinci Ferstappen və Alonso. Hamilton o qədər problemdən sonra az qala podium alırdı. Alonso isə 20-ci başlayıb xallar aldı. Amma Hamiltonun etdiyi başqa səviyyə idi. Hələ də canında su qalıb.

 





22.05.2022    çap et  çap et