Vaxt.Az

24 yaşında 24-cü qələbə


 

Komanda əmri qalibiyyətə duz qatdı

24 yaşında 24-cü qələbə Maks Ferstappen bu gün İspaniya Qran-Prisində 24-cü qələbəsini qazanaraq dahi Xuan Manuel Fanxioya çatdı. Həm də 24 yaşında 46 yaşlı Fanxioya çatdı - adam finişi gördüyü bütün yarışlarda qələbə qazanır.

Amma qələbəyə komanda əmri duz qatdı - bəli, Maks çox sürətli idi. Bəli, trasda normal vəziyyətdə Corcu da keçərdi, Serxionu da. Amma Corcun müdafiə olunması gözəl idi, deyilmi? Niyə Serxiodan da belə müdafiə olmasın? Komanda əmrini heç vaxt bəyənməmişəm.

Bu il nasazlıq üzündən Maks 2 yarış xalsız qalmışdı, bu dəfə növbə Şarla çatdı. Amma Sayns ona bərabər sürücü deyil.

“Mercedes” komandasına görə sevindim - Corc yenə podiumdadır, hətta qələbəyə də namizəd idi. Hamilton isə geriyə düşməsinə baxmayaraq, maşının nə qədər gücləndiyini sübut etdi. 

Yenə də Bottası qeyd edəcəyəm - adam elə “Mercedes”lərin yanındadır: ya önündə, ya da arxasında.

Mənim üçün günün adamı Corcdur...

 





22.05.2022    çap et  çap et