Polşa prezidenti Ukrayna millət vəkillərinin qarşısında çıxış edərkən ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsus olduğunu dedi: “Sizin haqda heç bir şey sizsiz ola bilməz”.
Duda nitqi zamanı Ukrayna ərazisinin təslim edilməsi Qərb üçün zərbə olacağını bildirdi və Polşanın Ukraynanın Avropa İttifaqında üzvlüyünə qətiyyətli dəstək olduğunu təkrar etdi.
Aprel ayında Duda Litva, Latviya və Estoniya prezidentləri ilə bərabər Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmaq üçün Kiyevə gəlmişdi.
Zelenski mayın 21-i Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən imtina edib.
“Bizə bu cür kompromis lazım deyil”, – deyə Zelenski Kiyevdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.