Vaxt.Az

İranda bina çökdü


 

Rəsmilərin məsuliyyətsizliyinə etiraz olaraq aksiya keçirilib, şəhər bələdiyyə başçısı döyülüb

İranda bina çökdü İranın Xuzistan əyalətinin Abadan şəhərində onlarla insanın ölüb və yaralanmasına səbəb olan 10 qatlı binanın çökməsindən sonra qəzəbli vətəndaşlar etiraz aksiyaları keçirməyə başlayıblar.

Çökən bina yaxınlığında aksiya keçirən narazılar “bu gün yas günüdür, yiyəsiz Abadan yaslıdır” şüarları səsləndirib və rəsmilərin məsuliyyətsizliyinə etirazlarını bildiriblər.

Narazılar binanın tikintisinə icazə verən Abadan bələdiyyə başçısını döyüb və hadisə yerindən uzaqlaşdırıblar.

Tanınmış xuzistanlı jurnalist və media fəalı Səid Hafizi hal-hazırda tibbi heyət və xilas edicilərə ehtiyac olmağına baxmayaraq, etirazların geniılənməsi qorxusundan əyalətin mərkəzi və başqa bölgələrindən xüsusi dəstə və çevik polis alaylarının Abadana gətirilməkdə olduğunu yazıb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli bina çöküb. Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.

Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib. Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub. Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.

 





23.05.2022    çap et  çap et