Vaxt.Az

Belarus yenə qoşun cəmləşdirir


 

Rəsmi Minsk bunu Ukrayna sərhədində hazırlığının yoxlanma fazası adlandırıb

Belarus yenə qoşun cəmləşdirir Ukrayna Silahlı Qüvvələri bildirir ki, Belarus Ukrayna sərhədi boyunca qoşun cəmləşdirilməsini və aktivliyini artırıb: “Belarus Respublikasının silahlı qüvvələri kəşfiyyat fəaliyyətini intensivləşdirib və Homel rayonunda sərhəd boyunca əlavə hərbi birləşmələr yerləşdirib”.

Mayın 23-də verilmiş məlumatda deyilir ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır.

Ukraynanın bu bəyanatından az sonra Belarusun Müdafiə Nazirliyi bildirib ki, ölkə silahlı qüvvələrinin hazırlığının və hərəkətliyinin yoxlanmasının “daha bir fazasına” başlanıb.

Belarus Moskvanın fevralın 24-dən Ukraynada başladığı müharibədə rəsmən iştirak etmir, lakin Rusiyanın Ukraynaya hücumu üçün məhz Belarusun ərazisi platsdarm olub.

Bu da xəbər verilir ki, mayın 23-də Vladimir Putin yaxın müttəfiqi Aleksandr Lukaşenka ilə daha bir görüş keçirib.

Putin və Lukaşenka Soçidə keçirilən görüşdə Ukraynada davam edən müharibəni müzakirə ediblər.

***

Kiyevdə məhkəmə 21 yaşlı rusiyalı Vadim Şişimarini silahsız dinc şəxsin qətlinə görə ömürlük həbsə məhkum edib.

Təqsirləndirilənin vəkili Viktor Ovsyannikov məhkəmədə yekun çıxışında deyib ki, müvəkkili Aleksandr Şelipovu vurmaq əmrinə iki dəfə əməl etməyib, sonra öz həyatı üçün qorxduğundan əmri yerinə yetirib.

 





24.05.2022    çap et  çap et