İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib.Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Balakişi Ələkbər oğlu Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.
Gizli səsvermədə iştirak edən Yayım Şurasının 9 üzvünün hamısı Balakişi Qasımovun lehinə səs verib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə 8 nəfərin namizədliyi irəli sürülmüşdü.
çap et