Parlamentin vitse-prezidenti və müxalifətdə olan “Ermənistan” fraksiyasından deputat İşxan Sağatelyan mayın 24-də deyib ki, aksiyanın məqsədi işçilərin binalara, xüsusilə “daha Ermənistanın və erməni xalqının maraqlarına xidmət etməyən” XİN-in binasına girməyini önləməkdir.
***
Minlərlə müxalifət tərəfdarı İrəvanda hər gün etiraz aksiyasına çıxır. Onlar Paşinyanın Azərbaycanla Dağlıq Qarabağ danışıqlarında “qəbuledilməz güzəştlər”ə getdiyini deyirlər.
Polis yüzlərlə etirazçını saxlasa da, sonradan onların əksəriyyəti buraxılıb. Nümayişçilər hökumətə təzyiqi gücləndirmək üçün vətəndaş itaətsizliyi aksiyaları keçirdiklərini deyirlər.
Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh sazişini hazırlamağa və sərhədlərin demarkasiyasi üzrə birgə komissiya yaratmağa razılaşıb. Tərəflər artıq mayın 23-də komissiyanın tərkibini açıqlayıblar.
Avropa Şurasının Prezidenti Şarl Mişel mayın 22-də Brüsseldə deyib ki, birgə komissiyanın ilk iclası “tezliklə” keçiriləcək.
***
Azərbaycan sülh sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.
Paşinyanın bu elementlərin İrəvan üçün qəbuledilən olduğunu açıq şəkildə bəyan etməsi müxalifəti qızışdırıb. Onlar hakimiyyətin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu deyirlər.